Fatih Terim neçə oyunluq cəzalanacaq?

Day.Az представляет новость на азербайджанском языке

"Qalatasaray"ın baş məşqçisi Fatih Terimin Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılacağı dəqiqləşib.

Day.Az qol.az-a istinadən xəbər verir ki, Türkiyə Superliqasının son turunda "Fənərbaxça" ilə oyundan (2:2) sonra baş hakim Fırat Aydınusu təhqir edən çalışdırıcı Peşəkar Futbol İntizam Komitəsinə  (PFDK) cəlb olunub.

İntizam təlimatına görə, Terimi 3-7 oyunluq cəza gözləyir. Bu isə o deməkdir ki, 65 yaşlı mütəxəssis Superliqanın 14-cü turunda "Beşiktaş"la keçiriləcək derbi matçında texniki zonada olmayacaq.

Qeyd edək ki, F. Terimin "Fənərbaxça" ilə oyundan sonra görüşün baş hakimi Fırat Aydınusun üzünə tüpürdüyü də iddia olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.