Avropanın ən yaxşı filmi adına namizədlər açıqlandı

Day.Az представляет новость на азербайджанском языке

Avropanın Kino Akademiyası qitənin 2018-ci il üçün ən yaxşı filmi adı uğrunda mübarizə aparacaq filmləri açıqlayıb.

Day.Az oxu.az-a istinadən bildirir ki, bu, "Aləmlərin sərhədində" (rejissor Əli Abbasi), "Soyuq müharibə" (Pavel Pavlikovski), "Doqmen" (Matteo Qarrone), "Qız" (Lukas Dont) və "Xoşbəxt Lazar" filmləridir.

31-ci "European Film Award" mükafatı dekabrın 15-də Sevilyada təqdim ediləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.