Türkiyənin sabiq prezidentini öldürmək istədilər

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə Respublikasının 11-ci prezidenti Abdullah Gülün həyat yoldaşı Hayrünnisa Gül onun haqqında sirli məqamları açıb.

Day.Az Publika.az-a istinadla xəbər verir ki, Hayrünnisa Gül həyat yoldaşının hər zaman xidməti avtomobilindən düşərkən sərxoş kimi olduğunu deyib.

Həmçinin əlavə edib ki, sanki Abdullah Gül avtomobildə olarkən içəri zəhərli qaz buraxılır. Bu faktı isə Abdullah Gülə sui-qəsd kimi dəyərləndirib.

Sözügedən fikirlər "Milliyyət" qəzetinin yazarı Tələt Atillanın yeni məqaləsində yer alıb. Yazıda iddia edilib ki, dövlət tərəfindən Abdullah Gülə verilən avtomobildən pis qoxu gəlib. O da bu qoxunu aradan qaldırmaq üçün avtomobili kimyəvi təmizləməyə göndərərək dezinfeksiya etdirib. Lakin qoxu daha da artıb. Bundan sonra məsələyə Hayrünnisa Gül müdaxilə edib. O, avtomobilin həmişəki servisdə deyil, başqa təmir mərkəzində yoxlanılmasını tapşırıb. Yoxlanmadan sonra məlum olub ki, avtomobilin kondisionerində problem yaranıb. Qaz qoxusu da oradan gəlib.

Abdullah Gül təmirin ödənişini öz cibindən edib. Ödənişin qəbzi pulun geri qaytarılması üçün Prezident Aparatına göndərilib. Lakin PA-dan əməkdaşlıq etmədikləri bir yerdə edilən təmirin pulunu ödəyə bilməyəcəkləri cavabı verilib.

Bütün bu faktların yer aldığı yazı daha sonra naməlum səbəblərdən silinib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.