Stomatoloq breketlərlə bağlı sirləri açdı: "Pasient yaxşı qulluq etməsə..."

Day.Az представляет новость на азербайджанском языке

"Breketlərin ziyanı deyəndə, breketlər dişin üst səthinə yapışdırılır və ağızda gigiyenanı bir az pisləşdirir, əgər pasient yaxşı qulluq etməsə kariesin əmələ gəlməsi üçün çox gözəl şərait yaranmış olur və dişin tamlığı pozulur"

Həkim-stomatoloq Nərmin Abbasovanın azmedia.az-a müsahibəsi:

Day.Az sözügedən müsahibəni təqdim edir:

- Son zamanlar xəstələr sizə ən çox hansı şikayətlərlə müraciət edirlər?

Ümumiyyətlə son 2-3 ildə müraciət edən xəstələrin əksəriyyətinin istəyi estetik şikayətlərdi, dişlərin ağardılması, dişəyriliyinin breketlə düzəldilməsi, pis düzəlmiş konstruksiyaların yenisi ilə əvəz olunması və s.

Yəni, ən çox estetik baxımdan müraciət edirlər.

- Dişdə sarılıq xəstəliyinin yaranmasına nə səbəb olur?

Dişdə sarılıq deyəndə bu bir xəstəlik deyil əslində genetikadır, dəri, saç rəngi kimi dişin də hər kəsə məxsus rəngi var, amma düzgün qulluq olmayanda bu rəngin üzərinə ləkə əlavə olunur və yaxşı olmayan görüntü olur, bunun səbəbi isə tünd çay, kofe, digər boyayıcı içkilər və s.

- Nərmin həkim, breketlərin hası növləri olur?

Breketlərin çox növləri var, belə sadə oxuculqrın anlayacağı şəkildə desəm keramik, metallik növləri var. Amma metallik breketlerin özünün elə çoxlu başqa növləri var ki, bunu yalnız qüsura görə həkim baxış zamanı təklif edə bilir.

- Breketlərin ziyanı varmı?

Breketlərin ziyanı deyəndə, breketlər dişin üst səthinə yapışdırılır və ağızda gigiyenanı bir az pisləşdirir, əgər pasient yaxşı qulluq etməsə kariesin əmələ gəlməsi üçün çox gözəl şərait yaranmış olur və dişin tamlığı pozulur.

- Damaq qaşınmasının ilkin səbəbləri nələrdir?

Damaq qaşınmasının ilkin səbəbi diş daşlarıdır.

- Bu xəstəliyin mənbəyi nədir?

Mənbəyi pis qulluq, düzgün olmayan qidalanma.

- Dişlərə qulluq zamanı yol verdiyimiz yanlışlar hansılardır?

Bu sualı çox sevdim, inanın ən çox dediyimiz dişlərə qulluq, dişləri hər gün yaxşı yumaq və s. kimi fikirlər bəzən problemlərə də səbəb ola bilər. Yəni, bəzi pasientler var ki, dişləri xarab olmasın deyə gün ərzində bir neçə dəfə dişlərini yuyur və bu da boyunətrafı karieslərə səbəb olur. Buna görə də diqqətli olmaq lazımdır. Dişləri gündə 2 dəfə, yəni gecə yatmazdan əvvəl və səhər yeməkdən sonra yumaq lazımdır.

- Ağız boşluğunda ən çox yayılan xəstəliklərdən biri sayılan kariyes necə əmələ gəlir?

Qida qalıqları dişlərin müəyən nahiyyələrində ilişib qalır, pasient təmizləmir , bakteriyaların çoxalması üçün şərait yaranır və karies deyilən xəstəliyin yaranmasına əsas verir.

- Diş isti, soyuq, turş kimi amillərə reaksiya verir. Bu nədən xəbər verir?

Bu xəstəliyə Hiperestesiya deyilir, həssasiyyət artanda bu sadalanan şikayətlər olur.

- Diş məcununun diş xəstəliklərinin qarşısının alınmasına təsiri varmı?

Mən bir həkim kimi deməzdim ki, bütün hallarda məcunun rolu var. Yalnız 1-2 pasientdən başqa (həssasiyyəti olan ve diş əti çəkilməsi olan) , bütün pasientlər istənilən pasta ilə gigiyenanı qoruya bilərlər.

- Çox vaxt diş fırçalayarkən diş ətinin qanaması baş verir. Bunun qarşısını necə ala bilərik?

Qanayan damağı daha da qanatmaq lazımdır.

- Plombların daha uzunömürlü olması üçün onların hazırlandığı materialın fərqi varmı?

Əlbəttə, plombların qiymətinin yüksək olması, onun estetikliyi və yapışqanlığını daha da artırır.

- Bəziləri keramikaların orqanizm üçün zərərli olduğunu düşünür. Buna münasibətiniz necədir?

Xeyr, əgər keramikalar diş ətinə keçməyi baxımından tam düzgün hazırlanıbsa, heç bir zərəri yoxdur.

- İstifadə edilən keramika diş qapaqlarının ömrü nə qədərdir?

Ümumiyyətlə, hər bir stomatoloji xidmətin ömrü minimum 5 il, maksimum 10 ilə qədərdir. Daha çox və daha az olması da mümkündür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.