Qızıl satan anasını öldürən qızın fotoları yayıldı

Day.Az представляет новость на азербайджанском языке

Xəbər verdiyimiz kimi, "qızıl Məryəm"i öldürən şəxsin elə öz qızı Günel Hüseynovanın olduğu məlum olub.

"Qafqazinfo" anasını öldürdükmədə ittiham olunan Günel Hüseynovanın fotolarını əldə edib. Şahidlərin sözlərinə görə, ana ilə qızı tez-tez pul üstündə mübahisə edirmiş.

Mərhumun qızı bir neçə geyim mağazasının siması olub, 6 yaşlı qız övladı var.

Qeyd edək ki, hadisə yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında baş verib.

Günel Hüseynova izahatında evdən anasına məxsus 30 000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirmişdi.

Xatırladaq ki, Məryəm Namidzadə Bakıdakı məşhur "Jewellery" zinət əşyaları mağazasının sahibi olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.