Türk polisi 7 PKK terrorçusunu öldürdü

Day.Az представляет новость на азербайджанском языке

----------
16:04

Türkiyənin Siirt şəhərində polis PKK-ya məxsus evlərə basqın edib.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, basqın zamanı silahlı qarşıdurma yaşanıb. Evlərdən polisə atəş açılıb.

Qarşıdurma zamanı 1 polis şəhid olub. PKK terrorçularından isə 7-si məhv edilib.

-----------
15:50

Türkiyənin Siirt vilayətində PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı təşkilatın 5 üzvü məhv edilib.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələri terrorçuların təxribat planları barədə məlumat daxil olandan sonra əməliyyata başlayıb. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb, onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, yaralanan təhlükəsizlik qüvvələrinin digər əməkdaşları xəstəxanaya yerləşdirilib, müalicələri davam etdirilir. Əməliyyatın təşkil olunduğu məhəllənin giriş-çıxışı bağlanıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.