Şəkidə şəhidlərimiz anıldı

20 января 2016 16:20 комментариев

Day.Az представляет новость на азербайджанском языке.

Şəkidə 20 Yanvar faciəsinin 26-cı ildönümü mütəşəkkil şəkildə qeyd olunub. Rayon sakinləri səhər saatlarından etibarən Şəhidlər Xiyabanına axın ediblər.

Vətən uğrunda ölən varsa, Vətəndir!.. Bu gün soyuq məzarlıqlarda uyuyan şəhidlərin hər biri Vətən uğrunda canından keçib. Hər zaman hörmətə layiq olan şəhidlərimizin xatirəsi hər il olduğu kimi, bu il də böyük ehtiramla yad edilib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, bu gün Şəkinin Şəhidlər Xiyabanı böyük insan izdihamına şahid idi. Səhər saatlarından başlayaraq rayon sakinləri müstəqilliyimiz uğrunda canlarını qurban verən şəhirdərimizi yad etmək üçün xiyabana axın edib. Onların ruhuna dualar edilib, məzarları önünə tər çiçəklər düzülüb. Şəhər rəhbərliyi, idarə və müəssisə, hüquq-mühafizə orqanları əməkdaşları, sadə vətəndaşların iştirak etdiyi anım mərasimi dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Çıxış edənlər 1990-cı ildə baş verən hadisələrin mahiyyətindən danışıb, bu günün Azərbaycan xalqının qürur mənbəyi, şəfər günü olduğunu qeyd ediblər.

Bu müqəddəs məkana üz tutan sadə vətəndaşlar da bugünkü müstəqilliyimizi məhz vətən uğrunda canından keçmiş şəhidlərimizə boclu olduğumuzu bilidiriblər. Ziyarətçilər arasında xarici ölkə vətəndaşları da olub.

Əbədiyyətə qovuşan Vətən oğulllarını yad edən izdihama "Kanal S"in kollektivi də qoşulub. Televiziyanın əməkdaşları şəhidlərin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Bu gün ölkənin hər yerində olduğu kimi, Şəkidə də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərin xatirəsinə hörmət əlaməti olaraq saat 12-də Şəkinin küçə və prospektlərində avtomobillərin hərəkəti bir dəqiqəlik dayandırılıb. Nəqliyyat vasitələri səs siqnalı verərək şəhidlərin xatirəsini anıblar. Bu aksiya "Kanal S"in efirində canlı olaraq yayımlanıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.