Tacikistan humanitar yardıma görə Azərbaycana təşəkkür edib

28 января 2016 10:25 комментариев

Day.Az представляет новость на азербайджанском языке

Tacikistan xarici işlər nazirinin müavini Parviz Davlatzoda Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovu qəbul edib.

APA-nın "news.tj" saytına istinadən verdiyi xəbərə görə, Tacikistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumat;nda deyilir ki, görüş zamanı P. Davlatzoda Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında göstərdiyi humanitar yardıma görə Azərbaycan hökuməti və xalqına təşəkkür edib.

Görüşdə aktual ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Tacikistana 800 min manatlıq humanitar yardım göndərib. Yardıma 9.5 ton qənd, 9.5 ton şəkər tozu, 15 ton düyü, 3 ton çay, 16 tondan artıq bitki yağı, 19 ton un, 19 ton makaron, 18 tondan artıq verməşil, 2000 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 110 ədəd çadır, 6000 kv m dam örtüyü (dəmir şifer) və 30 kub m taxta daxildir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.