Müğənnilərin səhvlərini tutan 5 yaşlı istedad - VİDEO - FOTOLAR

29 января 2016 15:59 комментариев

Day.Az представляет новость на азербайджанском языке.

Bərdə rayonunun Divanlı kəndindən olan 5 yaşlı Məhəmməd Əlizadə həm nağarada ifa edir, həm də nəğmə oxumağı bacarır.

Məhəmmədin anası Gülmirə Tağıyeva ailənin sonbeşiyi Məhəmmədin 3 yaşından musiqi ilə maraqlanmağa başladığını deyir. Elə ailədə musiqiçilərin çox olması onun işini daha da asanlaşdırıb.

Day.Az Region TV-yə istinadən xəbər verir ki, üstünlük verdiyi xalq mahnılarını ilk olaraq nağara alətində ritmlə ifa etdikdən sonra oxumağı öyrənən balaca Məhəmməd, hətta başqa müğənnilərin vurduğu xaric notları asanlıqla müəyyənləşdirə bilir.

"Müğənnilərə fikir verir, xaric ifa eləyən olan kimi deyir ki, bax orada səhv elədi. Özündə də bilir onu. Bəzi yerlərdə səhv eleyəndə deyir ki, burada səhv elədim, bir də başlayır oxuyur", - deyə Məhəmmədin anası Gülmirə Tağıyeva bildirib.

Məhəmmədi tanıyan musiqiçilər çətin notlarla yazılan və geniş diapozon tələb edən xalq mahnılarımızı onun səlis və düzgün ritmlə ifa etməsini yüksək qiymətləndirirlər. 

Məhəmmədin ən böyük arzularından biri böyüyəndə tanınmış xanəndə olmaqdır. Valideyinləri də Məhəmmədi gələcəkdə müsiqi məktəbinə göndərməyin və onun musiqi təhsili almasının tərəfdarıdırlar. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. 

Videonu izləmək üçün şəkilə klikləyin.
Müğənnilərin səhvlərini tutan 5 yaşlı istedad