​Gürcüstanda qrip epidemiyası ilə əlaqədar 282 məktəb bağlanıb

29 января 2016 17:56 комментариев

Day.Az представляет новость на азербайджанском языке.

Gürcüstanda H1N1 virusunun ("donuz qripi") yayılması səbəbindən 282 məktəb bağlanıb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanvar ayı ərzində ölkədə "donuz qripi"ndən 5 nəfər, H3N1 virusuna yoluxmadan isə bir nəfər ölüb. 

Xəbərdə bildirilib ki, Gürcüstanda yüz min nəfərdən 500-ü qripə yoluxub. Əvvəlki illərdə qış fəslində ölkədə adətən 100 min nəfərdən 332-də qripə yoluxma halı aşkarlanırmış. 

Yerli mütəxəssislərin sözlərinə görə, qrip virusu bir qayda olaraq fevralda daha çox yayılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.