Metronun yanında kanalizasiya partladı:

Day.Az представляет новость на азербайджанском языке.

Bakının Şıxəli Qurbanov küçəsində kanalizasiya daşıb. 

Milli.Az xəbər verir ki, daşan çirkli su metronun "Nizami" stansiyasının qarşısı ilə üzü aşağı axıb.

"Azərsu" ASC-nin Yasamal Rayon Su-Kanal İdarəsindən Milli.Az-a bildiriblər ki, ərazidə kanalizasiya xəttində tıxanma baş verib. Nəticədə su daşaraq ətrafa yayılıb. Hazırda idarənin əməkdaşları qəzanın nəticələrini aradan qaldırmağa çalışırlar. Hələlik problemin nə zaman aradan qaldırılacağı məlum deyil. 

Kanalizasiya quyusunun sıradan çıxması bir sıra problemlərin yaranmasına gətirib çıxarıb. SalamNews xəbər verir ki, saatlarla axan su bütün ətrafa yayılaraq gediş-gəlişi çətinləşdirib.

Qeyd edək ki, bir neçə gün öncə də həmin kanalizasiyanın partlaması nəticəsində ətrafa xeyli çirkli su yayılmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.