12 ölkə Çinə qarşı birləşdi - YENİ İTTİFAQ

4 февраля 2016 15:54 комментариев

Day.Az представляет новость на азербайджанском языке.

Asiya-Sakit okeanı regionun 12 ölkəsi Yeni Zelandiyanın Oklend şəhərində "Trans-Sakit Okean Əməkdaşlıq" sazişi imzalayıblar.

Publika.az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, ən böyük regional iqtisadi birləşmələrdən birində ABŞ, Yaponiya, Kanada, Avstraliya, Yeni Zelandiya, Meksika, Peru, Çili, Malayziya, Bruney, Sinqapur və Vyetnam yer alıb.
 
Saziş üzrə danışıqlar hələ 2008-ci ildə başlanıb, prinsipial razılıq isə ötən ilin oktyabrında əldə olunub. Siyasi müşahidəçilərin fikrincə, ABŞ bu razılaşma ilə Çinin regiondakı təsirini azaltmaq niyyətindədir. Təsadüfi deyil ki, bloka Çin daxil olmayıb.
 
"Məhsulumuzun 95 faizindən çoxunun potensial istehlakçısı ABŞ sərhədlərindən kənarda yaşayır. Biz Çin kimi ölkələrə dünya iqtisadiyyatının qaydalarını müəyyən etməyə icazə verə bilmərik. Amerika mallarına yeni bazarlar açaraq bu qaydaları biz yazmalıyıq", - 2015-ci ilin oktyabrında ABŞ prezidenti Barak Obama bildirib.
 
Amerika hökumətinin ticarət nümayəndəliyi agentliyinin rəsmisi Maykl Froman razılaşmanın ölkə iqtisadiyyatına il ərzində 100 milyard dollar gəlir gətirə biləcəyini deyib. 
 
ABŞ, Yaponiya, Kanada, Avstraliya, Yeni Zelandiya, Meksika, Peru, Çili, Malayziya, Bruney, Sinqapur və Vyetnam dünyanın ümumi daxili məhsulun 40 faizinə sahibdir."Trans-Sakit Okean Əməkdaşlıq" sazişinin əsasında azad ticarət zonasının yaradılacağı gözlənilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.