Rusiya "yox" dedi, Sarqsyan şantaja əl atdı

Day.Az представляет новость на азербайджанском языке.

Rusiya rəhbərliyi ilə Ermənistan arasında bu ölkəyə satılan qazın qiymətinin aşağı salınması ilə bağlı aparılan danışıqlar müsbət nəticə vermir. 

Day.Az azvision.az-a istinadən bildirir ki, bu barədə "Aykakan Jamanak" qəzeti yazır. 

KİV iddia edir ki, Ermənistanın baş naziri Ovik Abramyan ötən gün hökumətin iclasında qaz tariflərinə dair çıxış edib. Baş nazir dolayı yolla "Qazprom-Ermənistan"ın yüksək qaz qiymətlərinə görə böyük məbləğdə gəlir əldə etdiyini, lakin istehlakın azaldığını vurğulayıb: "Qazın qiymətlərini aşağı salın, istehlak artacaq və siz də öz gəlirinizi əldə edəcəksiniz. "Qazprom" rəhbərliyinə çatdırın ki, biz qaz qiymətlərinin aşağı salınmasını istəyirik".

Qəzet qeyd edir ki, baş nazir artıq ikinci dəfədir bu barədə açıq şəkildə fikir bildirir. Lakin o, bunu "Qazprom" və "Qazprom-Ermənistan" rəhbərliyi ilə telefon danışığı zamanı dilə gətirə bilər. 

"Ermənistanın baş naziri ictimaiyyətə hökumətin qaz qiymətlərinin aşağı salınması ilə bağlı işlər gördüyünü göstərir. O, Rusiya tərəfinə ölkədə sosial sifarişin olduğunu nümayiş etdirməyə çalışır. Bunun Ermənistana satılan qazın qiymətlərinə təsir edib-etməyəcəyini demək çətindir. Qeyd etmək istəyirik ki, Rusiya qazın bir kubmetrini Ermənistana 165 dollara, Avropaya isə 180 dollara satır", - deyə qəzet yazır. 

Ermənistanın bu addımı siyasi arenada şantaj kimi qiymətləndirilir. 

Erməni KİV-lərinin yaydığı xəbərə görə, qazın qiymətinin aşağı salınması ilə bağlı təklif Rusiya tərəfindən müsbət qarşılanmır. Qapalı görüşlərdə Moskvanın Sarqsyan hakimiyyətinə "yox" cavabı verdiyi deyilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.