Rusiya muzeyində Nizami Gəncəviyə qarşı

Day.Az представляет новость на азербайджанском языке.

Dünya şöhrətli şair və mütəfəkkir, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi Rusiyanın Sankt-Peterburq şəhərindəki Ermitaj Muzeyində fars şairi kimi təqdim edilib.

Day.Az publika.az-a istinadən bildirir ki, "Xəmsə"nin əlyazmasının saxlandığı Ermitaj Muzeyində Nizaminin adının qarşısına İran şairi olduğu yazılıb.
 
Halbuki Nizaminin Azərbaycan şairi olması bütün dünya tərəfindən qəbul edilib. Hətta bir zamanlar bununla bağlı gərgin diskussiyalar da keçirilib. Və hələ 30-cu illərin sonlarında SSRİ rəhbərliyi Nizaminin Azərbaycan şairi olması, onun yubileylərinin keçirilməsi barədə qərar çıxarıb.
 
Qeyd edək ki, bu il Nizami Gəncəvinin yubileyidir. Dahi şairin anadan olmasından 875 il keçir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.