Bu prospektdə avtomobillərin hərəkəti bərpa olundu

Day.Az представляет новость на азербайджанском языке

Bakının Neftçilər prospektində avtomobillərin hərəkəti bərpa olunub. 

Day.Az "report"-a istinadən xəbər verir ki, Neftçilər prospekti Əziz Əliyev küçəsi kəsişməsindən Azneft dairəsinə qədər olan hissəsi yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar olaraq qısa müddətdə avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı. 
Eyni zamanda, Bakı-Ələt yolunun 14-cü km-dən III Kənar Dairəvi Yolla, 20-ci sahə dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsi istiqaməti, Bayıl qəsəbəsindən Xanlar, Mikayıl Hüseynov küçələri vasitəsilə Mehdi Hüseyn, yaxud Parlament prospekti istiqaməti, eləcə də Yusif Səfərov, 28 May küçəsi kəsişməsindən Zərifə Əliyeva, Rəşid Behbudov küçələri kəsişməsindən Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkəti bərpa edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.