Şəmkirdə azyaşlı uşaq yanğına səbəb oldu

Day.Az представляет новость на азербайджанском языке.

Şəmkir rayonunun Sabirkənd kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Kəpəz TV (Region TV) xəbər verir ki, Şükür Mahmudova məxsus evin 30 kvm. çardaq hissəsinin 15 kvm., eləcə də çardağa yığılan 3 tona yaxın ot bağlaması yanıb.

Yanğın əraziyə cəlb edilən 2 yanğınsöndürmə briqadası tərəfindən söndürülüb və alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. İlkin ehtimala görə, hadisə nəzarətsiz qalan ev sahibinin nəvəsi tərəfindən törədilib. Belə ki, valideynləri təsərrüfatla məşğul olan azyaşlı kibritlə ot bağlamasını yandırıb. Araşdırmalar davam etdirilir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.