"Mercedes"in İranda nəhəng zavodu açıldı

Day.Az представляет новость на азербайджанском языке.

Almaniyanın "Mercedes-Benz" şirkəti İran İslam Respublikasında nəhəng avtomobil zavodu inşa edir.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, dünya avtomobil brendləri arasında olan "Mercedes-Benz" şirkəti İranın "İran Khodro" şirkəti ilə müqavilə imzalayıb. Artıq "Mercedes-Benz" şirkəti Azərbaycana yaxın qonşu olan İranda özünün "Mercedes-Benz E-Class" modelinin istehsalına başlayıb. Alman şirkəti yaxın vaxtlarda yük və ticarət üçün nəzərdə tutulan məşhur avtomobil modellərinin də İranda istehsalına başlamağı düşünür. İstehsal olunacaq modellər daha çox Yaxın Şərq, Mərkəzi və Orta Asiya ölkələri üçün nəzərdə tutulur.   

Almaniyanın iqtisadiyyat naziri Sigmar Gabriel bildirib ki, ölkəsinin aparıcı şirkətləri İrana sərmayə qoymağa hazırlaşır: "İranda müəssisə açmaq istəyən alman şirkətləri arasında "Mercedes-Benz", "Volkswagen", "Siemens" və digəri var".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.