Sumqayıt Dövlət Dram Teatrı bağlandı?

Day.Az представляет новость на азербайджанском языке.

Sumqayıt Dövlət Dram Teatrında başlanan əsaslı təmir işləri davam edir. Təmirlə əlaqədar teatrda fasilə yaranmayıb. Tamaşalarımızı nümayiş etdiririk.

Milli.Az bildirir ki, bunu report-a Sumqayıt Dövlət Dram Teatrının direktoru İslam Həsənov deyib.

O, 2016-cı ilin yanvar ayından Sumqayıt teatrında əsaslı təmir işlərinin başlandığını, teatrın dam örtüyünün təzələndiyini deyib: "Təmir-tikinti işləri yaradıcılıq prosesinə mane olmadan aparılır. Sumqayıt Dövlət Dram Teatrında məşqlər aparılır, tamaşalar müntəzəm olaraq nümayiş etdirilir".

Qeyd edək ki, təmir tikinti işləri Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.