Nazirlik Göyçaydakı kütləvi dava ilə bağlı məlumat yaydı

Day.Az представляет новость на азербайджанском языке.

Daxili İşlər Nazirliyi dünən Göyçayda baş vermiş dava-dalaşla bağlı məlumat yayıb.

Milli.Az DİN saytına istinadən xəbər verir ki, fevralın 5-də Göyçay şəhəri ərazisində şəhər sakini Əli Səmədov münaqişə zəminində həmyerlisi Heydər İbrahimova və Emil Babayevə bıçaqla xəsarət yetirib. Nəticədə H.İbrahimov hadisə yerində ölüb, E.Babayev isə xəstəxanaya yerləşdirilib.

Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Səmədov tutulub.

Faktla bağlı cinayət işi açılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.