Xanımlar üçün ucuz və faydalı müalicə
Day.Az представляет новость на азербайджанском языке:
Soğan evdə istifadə etdiyimiz tərəvəz olmaqla yanaşı, tərkibindəki B, C və A vitamini, yod, fosfor, kükürd kimi maddələr, antibiotik funksiyası yerinə yetirən tərkiblər və həzmi rahatlaşdıran fermentlərə malik olan şəfalı bir tərəvəzdir.
Soğan suyu qadınlarda ağ axıntı, mioma, menopauza, kist kimi narahatlıqlara qarşı son dərəcə uğurlu vasitədir.
Milli.Az lent.az-a istinadən soğan suyu haqda maraqlı faktlarla sizi tanış edir.
Soğan suyunun faydaları
Qadınlarda meydana gələn şokolad kistası (endometriozis) və miomanın yaranmasına qarşı müalicəvi təsiri var
Polikistoz over sindromunun müalicəsində faydalıdır
Menstruasiya pozğunluğunu qaydaya salır
Menopauza şikayətlərini azaldır
Vaginal axıntılarda faydalıdır
Hamilə qalmaq istəyənlərə çarə olacaq
Həzmi tənzimləyir
Dəridə çıxan sızanaqlara müalicəvi təsiri var
Tərkibindəki sulfoid sayəsində antibiotik xüsusiyyəti var
İmmunitet sistemini gücləndirir
Bədəndə meydana gələn yağlanmanı azaldır, arıqlamağa kömək edir
Stress yox edən, bəlğəm dağıdıcı keyfiyyəti var
Prostat iltihablarını azaldır
Çiy soğan yemək, yemək sonrası qandakı ümumi qliserit səviyyəsini aşağı salır
Sinusit probleminin qarşısını alır
İstifadə qaydası
Normal ölçüdə olan soğanı 4 yerə bölüb əvvəlcədən qaynadılmış 2 stəkan xlorsuz suya qoyub 5 dəqiqə saxlayın. Içərisinə heç nə əlavə etmədən günorta və axşam yeməklərindən əvvəl bir stəkan için. Bu proseduru 15 gün davam etdirə bilərsiniz. Menstruasiya vaxtı da bu sudan içə bilərsiniz. Lakin ən ideal zaman menstruasiya bitəndən 7 gün sonradır. Axıntılar bu suyu içəndən 2-3 gün sonra bədəndən çıxmağa başlayır.
Hamilə qalmaq istəyənlər də qorxmadan soğan suyu içə bilərlər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре