Gəncədə həkimin müəmmalı ölümü

Day.Az представляет новость на азербайджанском языке.

Gəncədə bədbəxt hadisə baş verib. APA-nın verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Ələsgər Abdullayev Yeni Gəncə qəsəbəsində yaşadığı mənzildə boğularaq ölüb. Qonşular evdən qoxu gəldiyini və onun qapını açmadığını görüb FHN-in xilasetmə xidmətinə məlumat veriblər. Əraziyə gələn xilasedicilər qapını açaraq mənzilə daxil olublar və Ə. Abdullayevin öldüyünü müəyyən ediblər. Məlumata görə, o evdə tək yaşayıb.

Ə. Abdullayevin qaz sobasındakı qazanın yanması nəticəsində yaranan tüstüdən boğulduğu və ya ürəktutmasından keçindiyi ehtimal olunur.
 
Ölümün dəqiq səbəbi ekspertiza nəticəsində müəyyənləşdiriləcək. 
 
Qeyd edək ki, Ə. Abdullayev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasında uroloq işləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.