Azərbaycanlı Araz Fransanın "O səs"ini heyran etdi, güldürdü

"Notrdam de Pari"nin "Kvazimodo"su (Qaro) Arazın ifasından vəcdə gəldi

Fransanın TF1 telekanalında yayımlanan "The Voice" ("O səs") şousunun növbəti buraxılışlarından birində səhnəyə azərbaycanlı gənc çıxıb.

Milli.Az xəbər verir ki, şounun şənbə günü yayımlanan efirində səhnəyə çıxan Araz adlı həmyerlimiz ifası ilə jüri heyətini özünə tərəf döndərə bilib. 

Səhnəyə Azərbaycan xalqının milli musiqi aləti olan tar ilə çıxan Araz Kris İsaakın "Wicked" kompozisiyasını ifa edib. 

Bütün jüri və tamaşaçıları səsinə heyran edən Araz bildirib ki, onun 25 yaşı var, Bakıdan, Azərbaycandandır. O, yarım ildir ki, fransız həyat yoldaşı ilə Tuluzada yaşayır. 

Həmvətənimizin Fransanın "The Voice" şousunda çıxışını təqdim edirik.

Azərbaycanlı Araz Fransanın