Bakıda kafedə dava düşdü

Day.Az представляет новость на азербайджанском языке.

Bu günlərdə Bakıdakı kafelərdən birində dava-dalaş olub. Lent.az-ın məlumatına görə, hadisə Badamdar şosesinin kənarındakı kafelərdən birində baş verib. Orada ofisiant işləyən 1987-ci il təvəllüdlü Cabbar Əliyev müştəri, 1966-cı il təvəllüdlü Şahin Rəhimovu döyüb.
 
Bildirilir ki, davaya səbəb müştərinin xidmətçi ilə kobud rəftar etməsi olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.