Flora Kərimova Röya haqqında: "Heç vaxt sənətkar ola bilməz"

Day.Az представляет новость на азербайджанском языке.       

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, "ATV Maqzin onlarla" verlişinin bu həftəlik "hit mahnılar" rubrikasında Elton Hüseynəliyev layiq bildiyi sənətçiləri seçib. Xalq artisti Flora Kərimova isə onun seçimi olan sənətçiləri şərh edib.

Elton qaydaya görə, 10-cu pillənin sahibini seçdi. O, Günay İbrahimlini fotosunu götürərək: "Günay İbrahimlinin öyrənəcəyi çox şey var, hələ gəncdir. Bu siyahıda olanlar qədər hələ sənətçdə öz sözünü deməyib. Ona görə də, hit paradda onun yerini 10-cu edirəm". 

Ramalı 9-cu edən Elton daha sonra bunları dedi: "Ramalı 9-cu pilləyə layiq bilməsəm də, seçmək qərarındayam. Çünki onun sənətini, səsin bəyənirəm". 

8-ci pillədə Zamiq seçildi. Flora Kərimova Zamiqin geyim tərzini bəyəndiyini bildirərək bunu deyib: "Əndamı yanmış, bacarır geyinməyi".

Elton Nadir Qafarzadəni 7-ci pilləyə atdı, Flora Kərimova isə Nadirlə barışdığını təsdiqlədi:

"Nadirin səsin çox sevirəm. Mən övladlarımdan küsmürəm. Ana balasından necə küsə bilər? Amma çox kinliyəm". 

6-ci pillədə Abbas Bağırov qərar tutdu. Elton "Bu gün mənim sənətdə rəqibim Abbas Bağırovdur" dedi.

Həftənin əlaçısı, Flora Kərimovanın küsülü olduğu Sevda Ələkbərzadə seçildi. 

Flora xanım bunları dedi: "Sevda xanım mənə qarşı çox aqrresivdir. O, "Sarı gəlin"i oxuyanda, qüsur tapdım. Eşitdim çox hirslənib, hətta mənlə salamlaşmırda. Mən onu sırf caz ifaçısı kimi qəbul eləmirəm. Amma zəhmətsevərdir". 

Elton Aygün Kazımovanı 4-cü gördü: "4-5 illik yaxın dostluğumuz olub. Amma indi Aygün xanımla danışmırıq. Sənətinə, özünə hörmətim var. Aygün xanımın sənətdə etdiklərini heç kim edə bilməz". 

Elton 3-cü yerdə qərarlaşan Natavan Həbibini təriflədi, Flora Kərimova isə aralarında olan soyuqluqdan danışdı.

Elton: "Bir ifaçıya zəng eləsən ki, gəl studiyada mahnılarımın bek-vokalını ifa elə. Adama sərt cavab verər ki, "sən kimsən, sənin üçün bek oxumalıyam?". Amma Natavan nəinki mənim, çox dostlar üçün bu əziyyəti çəkib".

Flora Kərimova: "Düşünürəm ki .bizim münasibətimiz hamar deyil. Nəsə mənə mane olur ona istilik göstərməyimə. Mənimlə onun arasında böyük bir aysberq var, isinişə bilmirəm. İnsan kimi üşüyürəm, onunla bir yerdə olanda. Mənə elə gəlir, onda istiqanlılıq yoxdur". 

2-ci pillədə Elton Brlliant Dadaşovanın adını çəkdi. Lakin Flora Kərimova bu seçimlə razılaşmadı:

"Mən heç var Brilliant xanımı ikinci yerdə görə bilmərəm. O, yeni vokalın təməlini qoyan səsdir. 

Elton Brilliant xanımın fotosunun üstünə barmaq vuraraq aqressiv şəkildə bunları dedi: "Paxıl insandır, ona görə sənətin qəbul edə bilmirəm. Yaxşıya yaxşı deyə bilmirsinizsə, sənətkar ola bilmərsiniz. Sənətkar o insandır ki, sözün düzünü deməyi bacarsın".

Elton küsülü olduğu Röyanı zirvədə gördü, Flora xanım isə bunu qəbul etmədi. 

Elton: "Bu seçim Röya üçün jest deyil. Onun mahnısı bu qədər mahnıların içində hitdir. Ədalətli seçimdir. Qaldı danışmamağa, onunla heç vaxt danışmayacam. Mən Brilliant xanımın ifasına ağlamamışam, amma Röyanın ifasına ağlamışam. Hərdən ürək insanı danışdırır, ağıl yox". 

Flora xaınm isə müğənninin mahnıya görə seçildiyini bildirdi və Röya haqqında bunu dedi:

Röya illərlə gündəmdə ola bilər, amma böyük mənada sənətkar ola bilməz. Röyanın naxşı ondandır ki, mahnıları gözəldir. Gözəl ürəyi var. Amma ürəyi olan, sənətkar ola bilməz. Çünki sənətkara texnika lazımdır. Röya eyni tərzdə oxuyur. Röyanın heç bir mahnısı obraz etibarı ilə bir-birindən fərqlənmir.