Çin şirkəti Azərbaycanda pambıq zavodu açmaq arzusundadır

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan və Çin kənd təsərrüfatı sahəsində əlaqələri genişləndirmək niyyətindədir. Hazırda Çinin "Xinjiang Yinlonq" beynəlxalq kənd təsərrüfatı kooperasiyası şirkəti Azərbaycanda yeni texnolologiyalar əsasında mahlıc, pambıq toxumu istehsalı üçün müştərək zavod tikintisinin imkanlarını nəzərdən keçirir.

Day.Az report-a istinadən bildirir ki, bunu Azərbaycanda toxumçuluğun inkişafı, pambığın emalı, çiyindən təmizlənməsi məhz bu zərurəti yaradır.

Azərbaycanlı mütəxəssislər bildirirlər ki, Çin ölkənin iqlim şəraitinə və torpaq imkanlarına xüsusi önəm verir. Xarici mütəxəssislər Azərbaycanın iqlim şəraitini, torpağın daha təmiz və məhsuldar olmasını toxumçuluq və məhsul istehsalı üçün olduqca yüksək qiymətləndirirlər.

Hazırda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Çin şirkəti arasında bu istiqamətdə danışıqlar gedir.

Qeyd edək ki, "Xinjiang Yinlonq" Çinin pambıqçılıq sahəsi üzrə ixtisaslaşan üçüncü ən böyük şirkətidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.