Bakıda yanğın

Day.Az представляет новость на азербайджанском языке

Xətai rayonunda yanğın hadisəsi qeydə alınıb. Day.Az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 15 kv.m sahədə yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.