Ermənistan Dövlət Əmlak Komitəsinin sədrində bu pullar haradandır?

Day.Az представляет новость на азербайджанском языке

Ermənistanın "Dövlət Əmlak Komitəsi" adlandırılan Dövlət Əmlakının İdarə Olunması Komitəsinin sədri Arman Saakanyan ölkənin ən zəngin şəxslərindən biri, eyni zamanda məşhur rüşvətxor və korrupsionerdir.

2011-ci ildən bəri bu postda çalışan A.Saakyanın varidatının 1196 396 649 dram olduğu deyilir. Ermənistan parlamentinin spikeri Qalust Saakanyanın oğlu A.Saakyan bu günlərdə Ermənistan və ABŞ arasında "Korrupsiyaya qarşı mübarizə haqqında" adlı anlaşma imzalayıb.

Anlaşmaya görə, Ermənistanda rüşvətxorluq və korrupsiya ilə mübarizəni gücləndirmək üçün Vaşinqton Yerevana 806350 dollar verib. 

Yerevanda çıxan "Asekose" yazır: "Hər kəs bilir ki, mübarizə korupsiyaya qarşı olmayacaq. İndi amerikanlılar qarşısında məsələ qoymaq lazımdır ki, həmin komissiyanın rəhbəri Hovik Abrahamyandan maraqlanıb araşadırsınlar görək o pulların aqibəti nə olacaq, korrupsioner məmurlar kimlərdir. Korrupsiyaya qarşı mübarizə komitəsi ilk əvvəl araşdırsın ki, Arman Sahakyanın varidatının, pullarının mənbəyi nədir".

Qalust Saakyanın qardaşı Tiqran Saakyan Ermənistanın səhiyyə nazirinin müavinidir.

Orxan Hun
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.