Fransanı heyran qoyan azərbaycanlı kimdir?

Day.Az представляет новость на азербайджанском языке

Xəbər verdiyimiz kimi, Fransanın TF1 telekanalında yayımlanan "The Voice" ("O səs") şousunun növbəti buraxılışlarından birində səhnəyə azərbaycanlı gənc çıxıb. Araz adlı həmyerlimiz ifası ilə jüri heyətini özünə tərəf döndərə bilib. 

Day.Az azvision.az-a istinadən bildirir ki, səhnəyə Azərbaycan xalqının milli musiqi aləti olan tarla çıxan Araz Kris İsaakın "Wicked" kompozisiyasını ifa edib. 

Jüri və tamaşaçıları heyran edən Arazın 25 yaşı var. O, Bakıda dünyaya gəlib. Fransa vətəndaşı ilə ailə həyatı quran həmyerlimiz Tuluza şəhərində yaşayır.

Araz Hümbətli kimdir?

Bakıda dünyaya gələn Araz 2014-cü ildə Tuluza şəhərinə köçüb. Uşaq vaxtlarından blyuz musiqi janrının pərəstişkarı olan Araz Fransada Azərbaycan incəsənətinin təbliğatı ilə məşğul olur. 

Araz Azərbaycan muğamı və Pakistan sufi musiqisi ilə məşğul olur. 

Bəstəkar-müğənni olan bu gənc bir çox musiqi alətlərində ifa etməyi bacarır. 

O, 2013-cü ildə "Mənim şizofreniyam" adlı psixodelik musiqi əsərini yazıb. Bu əsərdə mistik musiqi fonunda, trans vəziyyətində o, rus dilində dünyanı qavrama forması barəsində danışır. 

Araz 2014-cü ildə isə Camille Chaumereuil-in "Nous saluerons la lune" ("Biz Ayı salamlayırıq") filminin orijinal musiqisini bəstələyib. 
Araz elə həmin ildə Tuluza şəhərində özünün The Preachers adlı blyuz-rok musiqi qrupunu yaradıb və həmin qrupla musiqi fəaliyyətini davam etdirib. 

Həmyerlimiz 2015-ci ildə Lion şəhərində sınaq olaraq Nuances musiqi qrupunu təşkil edib. Qrup dünyanın dörd bir yerindən olan musiqi alətlərinin, texniki vokalların qarışığından istifadə edərək mükəmməl improvizasiya harmoniyası yaradır. 

Həmin il "Araz dArazÔzarA" ləqəbi ilə özünün "Nightmare Through The Pill of Happiness" adlı birinci albomu üzərində işləməyə başlayıb.
Onun "dArazÔzarA" ləqəbi Araz və Zara adlarının, yəni xarakterin iki tərəfinin, kişi və qadının, səma və torpağın birləşməsidir. 
2016-cı ildə isə o, özünü "The Voice 5" musiqi yarışmasında sınayıb.

"Wicked game" mahnısını tar ilə ifa edən azərbaycanlı öz səsi və bacarığı ilə auditoriyanı və münsiflər heyətini heyran qoyub. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Azərbaycanlı Araz Fransanın