Salyanda İran avtomobili qəzaya uğradı

Day.Az представляет новость на азербайджанском языке:

Bu gün Ələt-Astara avtomobil yolunun 82-ci km-də, Salyan rayonunun Şorsulu kəndi ərazisində İran İslam Respublikasından Azərbaycana yük gətirən tir qəzaya uğrayıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, sürücü sərt döngədə sürət həddini aşdığından avtomaşının qoşquqsu ondan ayrılaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da qoşqunun üzərindəki konteyner gölməçəyə düşüb.