Əfqanıstan Azərbaycanla diplomatik əlaqələrdə maraqlıdır

Day.Az представляет новость на азербайджанском языке

"Əfqanıstan Azərbaycanın Kabildə səfirlik açmasını gözləyir".

Day.Az bildirir ki, bunu Report-a müsahibəsində Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili deyib.

Səfir yaxın gələcəkdə ölkəsinin paytaxtında Azərbaycan səfirliyinin binasının açılacağına ümidvar olduğunu xüsusi vurğulayıb.

Diplomat qeyd edib ki, Azərbaycanın Əfqanıstanda diplomatik missiyasının açılışı ölkələr arasındakı münasibətlərini daha da möhkəmləndirəcək: "Bəzən bizim iş adamları viza almaq istəyirlər. Amma səfirliyin olmaması müəyyən çətinliklər yaradır. Səfirliyin açılmasının ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.