Arvadından qorxan erməni parlament sədri:

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan parlamentinin spikeri Qalust Saakyan Yerevanda ölkə ictimaiyyəti və müxalifət tərəfindən ən çox tənqid olunan, hətta lağa qoyulan şəxslərdən biridir.

Milli.Az A1plus-a istinadən bildirir ki, onun absurd bəyanatları, "hətərən-pətərən" açıqlamaları, jurnalistlərin suallarına başdansovdu cavabları artıq zərb-məsəllərə çevrilir.

Ermənistan mediasının sevimli mövzularından biri də Q.Saakyanın "aforizm"lərinin dərcidir.

"Biznesi olmaq biznesmen demək deyil", "Ermənistanda korrupsiya yoxdur, rüşvət var", "Sirr gizli söz demək deyil" ifadələri məhz Q.Saakyana məxsusdur.

Erməni mediasında yer alan xəbərlərə görə, Qalust Saakyan arvadı Janna Ağababyandan çox qorxur. O dərəcədə ki, Saakyanların evində söz sahibi məhz Jannadır.

Bu qadın Ermənistan parlamentinin deputatı, "Razdan" Qapalı Səhmdar Cəmiyyətinin sədri, milyarder Aşot Ağababyanın bacısıdır.

2010-cu ildə Ermənistanın indiki baş naziri, o dönəmdə parlament spikeri olan Hovik Abrahamyanın başçılıq etdiyi nümayəndə heyəti Misirə rəsmi səfərə yollanmışdı. Heyətdəki deputatlar arasında Qalust Saakyan da vardı.

Maraqlıdır ki, heyətə arvadı ilə birlikdə qatılan yeganə deputat da elə Q.Saakyan idi. Ermənilər deyirlər ki, o vaxt arvadı Saakyan qarşısında şərt qoyubmuş: "Ya mən də Misirə gedirəm, ya sən getməyəcəksən".

Arvadından qorxan Q.Saakyan bu "ultimatum"u qəbul etmişdi.

Orxan Hun

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.