Bakıda ana və körpəsini maşın vurdu

Day.Az представляет новость на азербайджанском языке

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az bildirir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 14.30 radələrində Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. Aysel Əliyeva qucağında körpə uşağı ilə birlikdə "Mercedes" markalı maşına əyləşmək istəyərkən arxadan gələn avtomobil piyadaların oturmaq istədiyi maşına çırpılıb. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsüVüsal Əhmədov, piyada Aysel Əliyeva və körpəsi - Abbas Əliyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
 
A.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.
 
Qəza səbəbindən Sabunçu-Zabrat yolunda tıxac yaranıb.
 
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.