PKK terrorçuları Qarabağa qaçır

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında - Dağlıq Qarabağda PKK və digər təşkilatların terrorçularını yerləşdirərək üstünlük əldə etməyə çalışır.

Day.Az anspress-ə istinadən bildirir ki, bu barədə Əsassız erməni iddiaları ilə mübarizə dərnəyiinin (ASİMDER) rəhbəri Göksel Gülbey açıqlama verib.

Gülbey bəyan edib ki, son vaxtlar Türkiyə təhlükəsizlik qüvvələrinin PKK-ya qarşı həyata keçirdiyi əməliyyatlar nəticəsində terror təşkilatı Kandildə istifadə etdiyi bazalarını Ermənistanın işğalı altında olan Azərbaycan topaqlarına - Dağlıq Qarabağa köçürməyə başlayıb.

Onun sözlərinə görə, əməliyyatlar nəticəsində PKK liderləri bölgədə sıxışdırıldığından onlar təlim düşərgələrinin də olduğu Dağlıq Qarabağa qaçıblar.

"Erməni ailələr övladlarını o bölgəyə əsgər olaraq göndərmir. Ayrıca, Azərbaycan Ordusunun işğal altındakı torpaqları geri almaq üçün hazır olduğunu bildikləri üçün bu cür silahlı qruplaşmaların gücünə ehtiyac duyan Ermənistan Rusiyanın dəstəyi ilə işğal etdiyi torpaqları PKK-nın baza olaraq istifadə etməsinə icazə verib", - Gülbey bildirib.

Ermənistan və Rusiyanın tarixdə də Türkiyəyə qarşı etnik kartdan istifadə etdiyini, rusların 1923-1929-ci illərdə Dağlıq Qarabağ bölgəsində "Qızıl Kürdistan müxtariyyəti" adı altında bölgə quraraq Azərbaycan, Ermənistan və İranda yaşayan kürdləri bura köçürülüb.

"Tarixdən bəri Rusiya ilə Ermənistan Qafqaz kürdlərini məqsədləri üçün istifadə edərək Qızıl kürdistan kartını PKK ilə yenidən oynamaq istəyirlər. Bunun kürdlərə faydası olmayacağı kimi bölgə insanlarına da faydası olmayacaq. Rusiya və Ermənistan kürdləri və PKK-nı çox istədiklərindən deyil, Türkiyəyə qarşı bu dəstəyi verirlər. Qafqaz kürdləri bu oyuna gəlməməlidirlər. Türkiyə və Azərbaycan da bu məsələdə lazımlı addımları atmalı və Rusiya ilə Ermənistanın bu hiyləgər oyununa son verilməlidir", - deyə Gülbey bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.