Bakıda avtomobil 2 qadını vurdu

Day.Az представляет новость на азербайджанском языке

Bakıda iki piyadanı maşın vurub.

Day.Az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 9-da saat 21 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində müəyyən edilməmiş avtomobillə qəsəbə sakinləri Əntiqə Məhərrəmova və Sədaqət Aslanova vurulublar.
 
Piyadalara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
 
Suraxanı Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.