Qatarlara onlayn bilet almaq qaydası sadələşdirilir

Day.Az представляет новость на азербайджанском языке:

Qatarlara onlayn bilet almaq qaydası  sadələşdirilir. İndi sərnişinlər  istənilən vaxt onlayn bilet ala və istədiyi yeri seçə bilər. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, onlayn bilet satışı ilə yanaşı, Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki  də dəyişdirilir.

Dəyişikliklərdən biri biletlərin sayı ilə bağlıdır. Belə ki, artıq bütün biletlər onlayn satılır.

Sərnişinlər onlayn bilet alarkən vaqonu və yeri seçə bilərlər. Yəni bilet alanda "Plaskart", "Kupe" və "Sv" tipli vaqonlarda  hansı yerin boş olduğu və qiyməti göstərilir. Mühim dəyişikliklərdən biri  də biletin pulunun ödənilməsi ilə bağlıdır. Belə ki, indi bileti almadan əvvəl qiyməti görmək mümkündür.

Biletin alma vaxtında da dəyişiklik olunub. Yəni biletin alışı ilə bağlı məhdudiyyət qatarın yola düşmə saatından yox, sərnişinin minəcəyi stansiyadan keçmə vaxtından asılı olacaq.

Eyni zamanda artıq onlayn qaydada biletləri həm gediş, həm də gəliş istiqamətində almaq mümkündür.

Onlayn bilet satışı ilə yanaşı, Bakı-Sumqayıt qatarının hərəkət qrafikində və qatarlarının sayında dəyişiklik olunacaq.

Dəyişikliyə əsasən, qatarlar Baki sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:00, 08:50, 14:30, 17:25, 18:20, 18:40, 19:15 və 19:50-də çıxacaq. Sumqayıt stansiyasından isə  06:50, 07:25, 07.45, 08:00, 08:50, 09:40, 15:50, 18:20, 19:30, 20:05, 20:40  və 21:00-da yola düşəcək.

Şənbə, bazar və bayram günləri sərnişinlər az olduğundan qatarların qrafiki də buna uyğun tənzimlənəcək.