"Ermənistan yox olmağa doğru gedir, hakimiyyət isə lotuluq edir"

Day.Az представляет новость на азербайджанском языке

"Ermənistandakı proseslər xalqa yaxşı heç nə vəd etmir. Dövlət sistemimiz xam və naşı adamın idarə etdiyi keyfiyyətsiz maşına bənzəyir. Avtomobil də keyfiyyətsizdir, sürücü də. Belədirsə, nə gözləyirik?"

Ermənistanın tanınmış analitiklərindən biri, dövlət idarəetməsi üzrə ekspert Harutyun Mesropyan belə deyib.
Milli.Az newsbook.am-a istinadən bildirir ki, H.Mesropyan deyib: "Bizdə ümüumiyyətlə kadr siyasəti yoxdur. Ona görə də ölkə xərclənib əldən gedir. Ölkə borca və faizə gedir, biz isə xalqın adı üstündə loto oynayırıq, hakimiyət də lotuluq edir.  Biz 1991-ci ildən qiymətsiz bir hakimiyyət qurduq. Bu o deməkdir ki, xalqın nə qədər ki, dəyərləri alçalırsa, onda keyfiyyətsiz adamlar daha da rahat yüksək vəzifələrə qalxırlar. Bizim xalqın qızıl fondu yoxdur.
Nazirlərimiz ölkənin resurslarını talayır, dəyərlərə tüpürmək belə, istəmirlər. Biz dürüst, qaydalı idarəetmə sistemindən uzağıq. Hakimiyyətimiz turnikdən sallanmış donuz təki yöndəmsizdir".
Ekspertin sözlərinə görə, iqtidarda olan Ermənistan Respublika Partiyası ilə Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun koalisiya qurmaq cəhdləri də xalqın maraqlarının təminatına yox, prezident Serj Sarkisyanın mövqelərinin qorunmasına yönəlib.
"İqtidar bu xalqı və dövləti düşünmür. Halbuki üstümüzə real təhlükə gəlir", - Ş.Mesropyan deyib.

Orxan Hun
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.