Gədəbəydə silah-sursat aşkarlandı

Day.Az представляет новость на азербайджанском языке

Gədəbəy rayonunda silah-sursat tapılıb.

Day.Az DİN-in saytına istinadən bildirir ki, silah-sursatı Gədəbəy Rayonu Polis Şöbəsinin əməkdaşları tapıblar.

Məlumata görə, polis əməkdaşları Söyüdlü kəndi ərazisindən 1 ədəd nömrəsi silinən "Voltra" markalı tapança, 1 ədəd "F-1" qumbarası, 1 ədəd patron darağı və 65 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.