Şamaxıda təhlükəli vəziyyət yaranıb

Day.Az представляет новость на азербайджанском языке

Şamaxıda hektarlarla torpaq sahəsi uçquna məruz qalıb.

Rayonun Kiçik Xınıslı adlanan ərazisində sürüşmə qeydə alınıb. Bu ərazilərdə öncələr də sürüşmələr baş verib. Yaxınlıqda yerləşən yaşayış evləri son sürüşmədən sonra qəzalı vəziyyətə düşüb. Bəzi evlərdə çatlar əmələ gəlib.

Kanal S-ə (Region TV) xəbər verir ki, Pidrəki dağının ətəyində, əsasən də dağın yamac hissəsində sürüşmə zolağı genişlənib. Ötən illərdə sürüşmə nəticəsində sözügedən ərazidə 1 ha-dan çox ərazi sürüşməyə məruz qalmışdı. Hazırda isə hər gün sürüşmələr çoxalır, uçqun sahəsi gündən-günə artır.

Ərazidəki avtomobil yolun yamac hissəsində sürüşmə nəticəsində qəzalı vəziyyətə düşüb. Yolun sağ hissəsində yarğanların dərinliyi 10 sm-ə çatır.

Son bir həftədə sürüşmə 500 metrlik ərazidə böyük torpaq uçqununa səbəb olub.

Ərazidən keçən yüksək gərginlikli elektrik dirəkləri də sürüşmədən sonra yerini dəyişib. Dirəklərin aşma təhlükəsi var. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.