Yaşlı ər-arvada basqın edən ermənilər tutuldular

Day.Az представляет новость на азербайджанском языке

İstanbulun Şişli rayonunda erməni ailəsini qarət edib, ailə üzvlərindən birini qətlə yetirməkdə şübhəli bilinən Ermənistan vətəndaşları tutulub.

Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tutulan 8 nəfər - A.Artur, E.Aram, E.Sergey, B.Mairanna, E, Lida, B.Nərgiz, M.Armine, M.Kristina erməni etnik qrupunun nümayəndələridir. Onlardan biri Türkiyə vətəndaşıdır.

Qeyd edək ki, fevralın 6-da onlar Şişlidə erməni ər-arvadın evinə basqın edib. Pul və qızıl-zinyət əşyalarını oğurlayıblar. Sonra yaşlı ər-arvadı donuz ipi ilə bağlayıblar. 87 yaşlı kişi Hakop Demirçi ölüb. Xilasedicilər onun həyat yoldaşı 79 yaşlı Ayda Demirçini çətinliklə də olsa, həyata qaytara biliblər. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.