Bakıda ağır qəza, yaralı var

Day.Az представляет новость на азербайджанском языке

---------
13:04

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Şamaxı yolunun 4-cü kilometrliyində, Hökməli qəsəbəsi ərazisində qeydə alınıb. Balahacı Nağıyev idarə etdiyi "VAZ-21074" markalı avtomobili yol ayrıcına çırpıb. Nəticədə sürücü və maşında olan sərnişin - 36 yaşlı Elman Mikayılov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

---------
11:22

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Day.Az lent.az-a istinadən bildirir ki, hadisə Bakı-Xocasən yolunun 4-cü kilometrliyində baş verib. 1985-ci il təvəllüdlü Nağıyev Balahacı Rafiq oğlunun sürdüyü "VAZ 2107" idarəetmədən çıxaraq metal çəpərə çırpılıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.