Bakıda iki maşın toqquşdu

Day.Az представляет новость на азербайджанском языке

Bakıda iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Sürücü yol nişanının tələbini pozdu və qəza qaçılmaz oldu. 

Nəsimi rayonunda yol qəzası baş verib. Kəpəz TV (Region TV) xəbər verir ki, "Mercedes" markalı avtomobilin sürücüsü Əsəd Musayev Xan Şuşinski küçəsi ilə hərəkətdə olarkən "Gözlə" nişanının tələbini pozaraq hərəkəti davam etdirib. Nəticədə Oqtay Əzizovun idarə etdiyi digər "Mercedes"in yoluna çıxıb və toqquşma baş verib. Qəza zamanı avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb. Hadisə yerinə yol polis əməkdaşları gəliblər. Sürücülərin ifadələri alınıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
Sürücü yol nişanının tələbini pozdu və qəza qaçılmaz oldu