Bakıda dollar dəyişən bankomat quraşdırıldı

Day.Az представляет новость на азербайджанском языке

Kapital Bank 24/7 rejimində xidmət göstərən elektron xidmət mərkəzini istifadəyə verib.

Day.Az faktxeber.com-a istinadən bildirir ki, müştərilərin rahatlığını təmin etmək məqsədilə yaradılan mərkəz  paytaxtın Nərimanov rayonunda  Ağa Nemətulla küçəsi 54 ünvanında yerləşir.

Həftənin 7 günü, günün 24 saatı ərzində xidmət göstərən elektron xidmət mərkəzində maddi vəsaitin karta mədaxil olunması (cash in), vəsaitin nağdlaşdırılması üzrə valyuta əməliyyatları aparmaq mümkündür. "Cash in"  əməliyyatı üzrə 1 dəfəyə karta maksimum 50 ədəd əskinas mədaxil etmək mümkündür. Vəsait hesabın açıldığı valyuta ilə karta mədaxil edildikdə heç bir komissiya haqqı tutulmur. Digər hallarda müvafiq konvertasiya faizləri tətbiq edilir. Tariflərlə buradan tanış olmaq olar.
 
Valyuta mübadiləsi bankomatlarında AZN, USD, EUR valyutaları qəbul edilir, bunun müqabilində isə AZN, USD, EUR valyutasında əskinasları almaq mümkündür. Qeyd edilən ünvanda həmçinin ödəniş terminalları da quraşdırılıb. Ödəniş terminalları vasitəsilə müştərilər kredit və kommunal xidmət ödənişlərini də həyata keçirə bilərlər. Mərkəzdə, həmçinin Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişini etmək mümkündür. 
 
Qeyd edək ki, bundan əvvəl 24/7 elektron xidmət mərkəzi Bakı şəhəri, Azadlıq prospekti 16 ünvanında istifadəyə verilib. Bakı şəhərində 2 saylı "Səbail", 2 saylı "Nizami"  və "Mərkəz" filiallarının daxilində isə 24 saat xidmət göstərən ödəniş terminalları və bankomatlar müştərilərin ixtiyarındadır. 
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Kapital Bankın müştəriləri kredit ödənişlərini "e-pul.az", "kassam.az", "hesab.az" portalları ilə yanaşı "eManat" və "MilliÖn" terminallarında, habelə Kapital Bankın filiallarında və pay.kapitalbank.az  saytında  həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.