Bakıda dəhşətli yanğın:

Day.Az представляет новость на азербайджанском языке

Bakıda baş verən güclü yanğın hadisəsi 5 evə ziyan vurdu.

Region TV xəbər verir ki, Binəqədi rayonunda fərdi yaşayış evlərində güclü yanğın hadisəsi baş verib. Alovun qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və polis əməkdaşları cəlb olunublar.

Bəhruz Qurbanov - zərəçəkən: "Mən içəridə yatmışdım. Oyandım ki, hər yeri tüstü basıb, qap-qaranlıqdır. Güc-bəla ilə çölə çıxdım. Çıxdım ki, qonşular-zad da yığşıblar".

Orxan Qurbanov - zərəçəkən: "İçəridə qardaşım yatmışdı. Mal-mülk, pul, qızıl əşyalarımız, evin sənədləri yanıb. Hər şey kül olub, ələ gələsi bir şey yoxdur".

Gülməmməd Qurbanov - zərərçəkən: "Dedilər ki, nəsə "iskıra" verib, alov götürüb buranı. Evdə də uşaq tək olub, oyanıb ki, boğulur". 

Fərdi yaşayış evləri bir-birinə yaxın olduğu üçün alov qısa zaman kəsiyində çardaqdan digər evlərə keçib. İlk yanan ev və ona bitişik olan digər tikili tamamilə yanaraq külə dönüb. Otaqlardan heç bir əşyanı çıxartmaq mümkün olmayıb.

Zərəzçəkən: "8-ə qalmış qonşunun evində yanğın baş verib. keçib bu evə, sonra da o birilərinə. Evdən salamat bir şey çıxmadı. Təzə təmirli 100 kvadrat evdir, içi də əşya ilə dolu. Evdə 5 aylıq uşaq olub, qonşular sağ olsunlar, köməkləşib, uşağı çıxarıblar".

Yanan mənzillərdən ikisində yaşayış olmadığı üçün yalnız tavan, döşəmə və divarlar yararsız hala düşüb.

Digər həyət evində isə hələ təmir başa çatmadığı uçun, sadəcə, dam örtüyü və içəridə olan döşək yanıb. Ev sahibi ərazidə yaşamadığı üçün onun mənzilinin tamamilə yanmasının qarşısını qonşular alıb.

Zərərçəkən: "Bütün qonşular toplaşdıq, söndürmək mümkün olmadı. Külək də vurdu bəri, evin üstü alışdı".

4 həyət evindən sonra alov sonuncu olaraq Ramin Qandaxovun evini əhatəyə alıb.

Yanğın zamanı ümumi sahəsi 490 kv.m olan birmərtəbəli 5 fərdi yaşayış evinin yanar konstruksiyaları 452 kv.m sahədə yanaraq yararsız hala düşüb.

Hazırda yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
5 aylıq körpəni yanğından son anda xilas etdilər