Daha 2 dövlət qurumunda Apellyasiya Şurası yaradıldı

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, Müdafiə Sənayesi Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.

Milli.Az bildirir ki, nazirlikdən AZƏRTAC-a deyiblər ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Apellyasiya Şurasına müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev sədr, nazirliyin şöbə müdirləri Fərrux Vəzirov, Eldar Bağırov, Fikrət Axundov, Vəli Fətəliyev, İsmayıl Kərimov və Bəxtiyar Əsədov isə üzv təyin olunublar.

Apellyasiya Şurasının Katibliyinə nazirliyin Aparat rəhbəri Üzeyir İsmayılov rəhbərlik edəcək. Katibliyin tərkibinə nazirliyin sektor müdirləri Ceyhun Ömərli, Xasay Əmirov, Ramin Şahbazov, baş məsləhətçilər Akif Məmmədov, Şəfəq Kərimova və böyük məsləhətçi Rövşən Əhmədov daxil ediliblər.

Apellyasiya Şurası Bakı şəhəri, Mətbuat prospekti, 40 ünvanında - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin inzibati binasında fəaliyyət göstərəcək.

ХХХ

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.

Milli.Az bildirir ki, DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a deyilib ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə yaradılan Şuraya Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı sədr təyin olunub. Altı nəfərdən ibarət Apellyasiya Şurasına Dövlət Komitəsinin mərkəzi aparatına daxil olan şöbələrin müdirləri, katibliyə isə Komitənin məsul əməkdaşları daxildir.

Qeyd edək ki, Apellyasiya Şurası Bakı şəhəri Əhməd Cavad 12 ünvanında - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin inzibati binasında fəaliyyət göstərəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.