Bakıda sıxlıq belə aradan qaldırılacaq

Day.Az представляет новость на азербайджанском языке:

Bakının mərkəzində sıxlığı azaltmaq üçün ətraf ərazilərdə lokal mərkəzlər yaradılacaq. Bu, "Böyük Bakının Regional İnkişaf Planı"nda əksini tapıb.

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, alış-veriş, iş, gəzinti üçün şəhər mərkəzinə gəlməyə ehtiyac qalmayacaq. Bakının ətraf ərazilərində yaradılacaq lokal mərkəzlər bütün ehtiyacların ödənməsi üçün nəzərdə tutulub.

"Böyük Bakının Regional İnkişaf Planı"na əsasən, lokal mərkəzlər Sabunçu rayonu ərazisində, Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Bakı kəndlərində, Səngəçal, Lökbatan, Novxanı, Maştağa, Hövsan, Türkan və Zığda yaradılacaq.

Bununla yanaşı, Qaradağ rayonunun  Ələt qəsəbəsi  sənaye şəhərciyinə çevriləcək.

"Sovetski" adı ilə tanınan ərazidə isə layihəyə uyğun olaraq yaşıllıq zolaqlarının və yeni yolların salınması nəzərdə tutulub.

Layihəsi Nazirlər Kabinetinə təqdim edilmiş "Böyük Bakının Regional İnkişaf Planı"nın icrası 2030-cu ilə qədər nəzərdə tutulub.

Нажмите на видео для просмотра:
Bakıda sıxlıq belə aradan qaldırılcaq