20 min manatlıq qızıl oğurlayan quldur dəstə tutulub

Day.Az представляет новость на азербайджанском языке

Gəncədə bir ay əvvəl baş verən oğurluq hadisəsinin üstü açılıb.

Day.Az DİN-in saytına istinadən bildirir ki, Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də şəhər sakini Şəfəq Hüseynovaya məxsus evdən 50 manat və 20 000 manat dəyərində qızıl əşyalar oğurlamış həmyerliləri, əvvəllər məhkum olunmuş Zaur Mehdiyev, Seymur Mədətov, Vaqif Bəhlulzadə, Göygöl rayon sakini İsmət Musayev tutulublar. Daha 1 nəfər isə müəyyən edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.