Gəncədə maşın aşdı, sürücü itdi

Day.Az представляет новость на азербайджанском языке

Gəncə şəhərində avtomobil aşıb. APA-nın verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunda qeydə alınıb. "Mercedes" markalı avtomobil yolun kənarına aşıb. Qəza zamanı sürücünün xəsarət alması barədə Təcili Tibbi Yardım Stansiyasına məlumat daxil olsa da, həkimlər gedəndə qəza yerində kimsənin olmadığını görüblər. 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.