Obama Putinə zəng vurdu

Day.Az представляет новость на азербайджанском языке:

ABŞ Prezidenti Barak Obama ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, telefon danışığı Vaşinqtonun istəyi ilə reallaşıb.

Liderlər son günlərdə Suriyada baş verən hadisələri müzakirə edib.

Prezidentlər, həmçinin Suriyaya münaqişəsinə dəstək məqsədilə Münxendə keçirilən Beynəlxalq qrupun iclasının yekunlarını müsbət qiymətləndiriblər.