Birbaşa Mahaçqala-Bakı aviareysi açılacaq?

Dağıstan Respublikasının paytaxtı Mahaçqaladan Bakı şəhərinə birbaşa təyyarə reyslərinin açılması planlaşdırılır.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Mahaçqala aeroportu" SC-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hava limanı rəhbərliyi bu məqsədlə "Sibir" aviaşirkətinə təklif göndərib.