Bakıda uşaq bağçası yandı - YENİLƏNİB

22 февраля 2016 14:50 комментариев

Day.Az представляет новость на азербайджанском языке

---------
14:50

Bakıda növbəti bina yanğını yaşandı.

Bu gün səhər saatlarında Binəqədi rayonu Şövkət Məmmədov 91 ünvanında yanğın hadisəsi baş verib. Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun 178 saylı uşaq bağçasının 1-ci korpusunda, Füzuli və Ağdam rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 2 mərtəbəli binada qeydə alınıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xidmətinə məlumat verilib.
Binanın cərəyan blokunda baş verən yanğın qısa zaman kəsiyində dəhlizi də əhatə edib. Yanan kabel 1-ci mərtəbədə qara tüstü yaratdığı üçün vətəndaşların binanı tərk etməsinə maneə yaradıb.
Bina sakinləri yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Ümumilikdə Bakı şəhəri, Binəqədi rayonunda İcra Hakimiyyətinə məxsus 178 saylı uşaq bağçasının birinci korpusunun 1-ci mərtəbəsində giriş qapısı 3 kv.m sahədə, mərtəbələrarası pilləkən qəfəsinə yığılmış əşyalar 3 kv.m sahədə və 6 ədəd elektrik açarı yanıb.

---------
09:39

Bakıda uşaq bağçası yanıb.

Day.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 500 kv.m olan 178 saylı uşaq bağçasının (məcburi köçkünlər məskunlaşıb) birinci korpusunun 1-ci mərtəbəsində giriş qapısı 3 kv.m sahədə, mərtəbələrarası pilləkən qəfəsinə yığılmlış əşyalar 3 kv.m sahədə və 6 ədəd elektrik açarı yanıb.

Yanğın zamanı 6 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.